İEA 2020-ci ildə neftə olan tələbatın artım proqnozunu açıqlayıb

İEA 2020-ci ildə neftə olan tələbatın artım proqnozunu açıqlayıb Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci ildə neftə olan tələbatın artım proqnozunu gündəlik olaraq 1,2 mln. barel səviyyəsində saxlayıb.
Energetika
12 Dekabr , 2019 15:06
İEA 2020-ci ildə neftə olan tələbatın artım proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci ildə neftə olan tələbatın artım proqnozunu gündəlik olaraq 1,2 mln. barel səviyyəsində saxlayıb.

“Report”un “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin üçüncü rübündə dünyada neftə olan tələbat 900 min barel artıb. 2019-cu ildə gündəlik tələb artım tempinin qiymətləndirilməsi də dəyişməz qalaraq 1 mln. barel olub.

Beləliklə, IEA 2019-cu ildə gündəlik qlobal neft istehlakının 100,2 mln. barel, 2020-ci ildə isə 101,5 mln. barel səviyyəsinə çatacağını gözləyir.

Bundan başqa, Agentliyin hesabatına görə, bu ilin dekabr ayında OPEC+ ölkələri tərəfindən elan edilmiş neft hasilatının azaldılmasının 500 min barel artırılması, 2020-ci ildə bazarda artıq neft qalıqlarını çıxarmayacaq. 

Agentliyin hesabatına görə, gələn ilin birinci rübündə OPEC+ hasilatı azaldacağı təqdirdə, 2018-ci ilin oktyabr ayının səviyyəsindən gündəlik 2,1 mln. barel razılaşdırıldığı halda, kommersiya ehtiyatları gündəlik olaraq 700 min barel artacaq.

Son xəbərlər

Orphus sistemi