ICGB IGB-nin sığortaçı seçimini tamamlayır

ICGB IGB-nin sığortaçı seçimini tamamlayır “DZE-General Insurance EAD” fəaliyyət göstərdiyi müddətdə Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) aparıcı sığortaçısı olub.
Energetika
7 İyun , 2023 20:03
ICGB IGB-nin sığortaçı seçimini tamamlayır

“DZE-General Insurance EAD” fəaliyyət göstərdiyi müddətdə Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) aparıcı sığortaçısı olub.

Bu barədə “Report” layihənin operator şirkəti - ICGB-yə istinadən xəbər verir.

Bir illik ilkin müddətdən sonra 24 aya qədər potensial uzadılma da daxil olmaqla, bütün sığorta polisləri üzrə ümumi sığorta haqqı 2 650 044 avro təşkil edir.

Qeyd olunur ki, aşağıdakı risklər əhatə olunur: maddi ziyan, o cümlədən avadanlıqların sıradan çıxması və əməliyyatların dayandırılması; ümumi məsuliyyət sığortası; “Məhsula görə məsuliyyət”, “Çirklənməyə görə məsuliyyət” və “İşəgötürənin məsuliyyəti”ni özündə əks etdirən ümumi məsuliyyət sığortası; terrorizm, təxribat, tətillər, iğtişaşlar, vətəndaş iğtişaşları və zərərli hərəkətlərlə, o cümlədən biznesin və əməliyyatların dayandırılması ilə bağlı risklər; “Terrorizm zamanı məsuliyyət” - üçüncü şəxslər qarşısında məsuliyyət.

Son xəbərlər

Orphus sistemi