ICESCO-nun sabiq baş direktoru: “Bərpa olunan enerji mənbələrinə keçmək lazımdır”

ICESCO-nun sabiq baş direktoru: “Bərpa olunan enerji mənbələrinə keçmək lazımdır” Mümkün qədər tez bərpa olunan enerji mənbələrinə keçmək lazımdır.
Energetika
5 Noyabr , 2021 11:06
ICESCO-nun sabiq baş direktoru: “Bərpa olunan enerji mənbələrinə keçmək lazımdır”

"Mümkün qədər tez bərpa olunan enerji mənbələrinə keçmək lazımdır".

“Report” xəbər verir ki, bunu ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri VIII Qlobal Bakı Forumu çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə və enerjiyə olan qlobal ehtiyacların təmin edilməsinin bir araya gətirilməsi yolları” mövzusunda təşkil edilmiş panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin istehsalı və iqlim dəyişiklikləri bir-biri ilə sıx əlaqəlidir: "Avtomobillərdən istifadə, milyonlarla zavodun fəaliyyəti ekologiyaya ciddi zərər vurur. Biz bərpa olunan enerji mənbələrinə keçməli və bunu mümkün qədər tez etməliyik. Artıq bir çox ölkə külək, günəş enerjisi və s. istifadə edərək bərpa olunan enerji mənbələrinə keçir”.

Son xəbərlər

Orphus sistemi