​İzmirdə neft emalı zavodu yanır

​İzmirdə neft emalı zavodu yanır Hadisə yerinə "Petkim"in yanğınsöndürənləri də cəlb olunub
Energetika
17 İyul , 2015 15:56
​İzmirdə neft emalı zavodu yanır

Bakı. 17 iyul. REPORT.AZ/ İzmirin Əlağa rayonunda yerləşən "TÜPRAŞ" (Türkiyə Petrol Rafineleri Anonim Şirkəti) neft emalı zavodunda yanğın baş verib. "Report"un "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərə görə, yanğın xam neftin toplandığı 160 kubmetrlik çəndə meydana gəlib.

Yanğını söndürməyə "TÜPRAŞ"ın yanğınsöndürmə komandası ilə yanaşı "Petkim Holding" və İzmir Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğının yayılmasının qarşısı qismən alınıb.

Son xəbərlər

Orphus sistemi