Yuxarı

İyunda Bakı-Supsa kəməri ilə neft ixracı 6% artıb

İyunda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 16,38% azalaraq 425 531,90 min dollara düşüb

Bakı. 16 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında sayğac göstəricilərinə əsasən, Azərbaycandan 16 634 793,06 ton xam neft ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,31% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin iyununda BTC (Bakı-Tbilisi-Ceyhan) kəməri ilə ixrac edilən neftin həcmi 4,09% azalaraq 13 425 884,54 tona düşüb. Eyni dövrdə, Bakı-Supsa ilə ixrac edilən neftin həcmi 5,87% artaraq 2 197 294,50 ton olub.

İyunda Şimal marşrutla (Bakı-Novorossiysk kəməri) ixrac edilən neftin həcmi 594 071,00 ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,71% çoxdur. Neftin dəmir yolu nəqliyyatı ilə ixracında isə 6,18% azalma qeydə alınıb və bu yolla satılan neftin həcmi 417 543,02 tona bərabər olub.

Gömrük bəyannamələrinə əsasən, hesabat ayında ölkədən 4 779 579,85 min ABŞ dolları dəyərində 11 269 151,09 ton xam neft ixracı həyata keçirilib. Beləliklə, bəyannamə əsasında xam neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 50,70%, miqdarı isə 4,69% azalıb.

Hesabat dövründə neft məhsullarının ixracı ötən illə müqayisədə 67,09% artaraq 1 179 424,63 ton təşkil edib. Bildirək ki, iyunda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 16,38% azalaraq 425 531,90 min dollara düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi