​İyulda Şimal marşrutu üzrə neft ixracı 28% artıb

​İyulda Şimal marşrutu üzrə neft ixracı 28% artıb Ötən ay ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 222 544,59 min ABŞ dolları, yaxud 31,80% azalaraq 477 353,89 min dollara düşüb
Energetika
15 Avqust , 2015 13:37
​İyulda Şimal marşrutu üzrə neft ixracı 28% artıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında sayğac göstəricilərinə əsasən, Azərbaycandan 19 449 733,56 ton xam neft ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 491 369,14 ton, yaxud 2,46% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin iyulunda BTC (Bakı-Tbilisi-Ceyhan) kəməri ilə ixrac edilən neftin həcmi 520 774,16 ton və ya 3,18% azalaraq 15 841 066,54 tona düşüb. Eyni dövrdə Bakı-Supsa ilə ixrac edilən neftin həcmi 13 914,4 ton, yaxud 0,57% azalaraq 2 428 978,00 ton olub.

İyulda Şimal marşrutu ilə (Bakı-Novorossiysk kəməri) ixrac edilən neftin həcmi 762 146,00 ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 168 298 ton və ya 28,39% çoxdur. Neftin dəmir yolu nəqliyyatı ilə ixracında isə 124 928,58 ton, yaxud 23,04% azalma qeydə alınıb və bu yolla satılan neftin həcmi 417 543,02 tona bərabər olub. Qeyd edək ki, bu yolla iyunda da eyni həcmdə xam neft ixrac edilmişdi.

Gömrük bəyannamələrinə əsasən, hesabat ayında ölkədən 5863 948,04 min ABŞ dolları dəyərində 13 637 682,39 ton xam neft ixracı həyata keçirilib. Beləliklə, bəyannamə əsasında xam neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə, miqdarı isə 1,10% azalıb.

Hesabat dövründə neft məhsullarının ixracı ötən illə müqayisədə 346 046,21 ton 35,20% artaraq 1 329 150,47 ton təşkil edib. Bildirək ki, iyulda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 222 544,59 min ABŞ dolları, yaxud 31,80% azalaraq 477 353,89 min dollara düşüb.

Son xəbərlər

Orphus sistemi