​İyulda Azərbaycandan Türkiyəyə 579 mln. kubmetr qaz ixrac edilib

​İyulda Azərbaycandan Türkiyəyə 579 mln. kubmetr qaz ixrac edilib Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən ikinci ölkə olub
Energetika
19 Sentyabr , 2015 17:31
​İyulda Azərbaycandan Türkiyəyə 579 mln. kubmetr qaz ixrac edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ İyul ayında Azərbaycandan Türkiyəyə 579 mln. kubmetr qaz ixrac olunub.

"Report" xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında bildirilib.

Məlumata görə, iyulda Türkiyə ən çox həcmdə (1,800 mlrd. kubmetr) qazı Rusiyadan idxal edib.

Ümumilikdə isə hesabat ayında Türkiyə 3,325 mlrd. kubmetr qaz idxal edib.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql edilir. Boru kəmərinin uzunluğu 700 km-dir.

3 iyul 2007-ci ildə "Mərhələ-1" layihəsi çərçivəsində Azərbaycan qazı Türkiyə bazarına daxil olub.

Hazırda Türkiyəyə Azərbaycan qazı "al və ya ödə" prinsipi ilə satılır.

Son xəbərlər

Orphus sistemi