Bu ilin I yarısında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 14,3 mlrd. kubmetr təşkil edib.
“Report”un
Belə ki, I yarımildə qaz hasilatının həcmi 11,998 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,302 mlrd. kubmetr olub.
Ehtiyatların 40%-i və yaxud 5,72 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.Bu ilin I yarısında ümumi ehtiyatın 41,8%-i yaxud 5,977 mlrd. kubmetri ixraca yönəldilib.
Hesabat dövründə 5,6%, yaxud da 801 mln. kubmetr itki olub, 12,6% və ya 1,802 mlrd. kubmetr qaz iyulun 1-i vəziyyətinə ehtiyat kimi qalıb.