İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsi başa çatıb

İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsi başa çatıb SOCAR-ın əlavə olaraq ayırdığı 5 min manat ilin sonuna qədər təqdim olunacaq
Energetika
29 Dekabr , 2015 14:55
İtkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardımın verilməsi başa çatıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə dekabrın 4-də təbii fəlakət nəticəsində baş vermiş qəzalar zamanı həlak olan və itkin düşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının hər birinin ailəsinə 15 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi bu gün başa çatıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin köçürdüyü vəsait, eləcə də həmin gün "Neft Daşları"ndakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış 15 min manat məbləğindəki birdəfəlik maddi yardımlar şirkətin “Azneft” İstehsalat Birliyi, “Neftqaztikinti” Tresti, Kompleks Qazma İşləri Tresti, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi, Nəqliyyat İdarəsi, həmçinin digər idarə və müəssisələrindən olan neftçilərin ailə üzvlərinə təqdim olunub.

Qeyd olunub ki, dövlət tərəfindən ayrılmış 15 min manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə 5 min manat məbləğində birdəfəlik maddi yardım ödənilməsinə başlayıb. Bu yardımların cari ilin sonuna qədər təqdim olunacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi