İtkin düşən və həlak olan neftçilərin ailələrinə bir neçə qurum əlavə olaraq kompensasiya ayırıb

İtkin düşən və həlak olan neftçilərin ailələrinə bir neçə qurum əlavə olaraq kompensasiya ayırıb Xalik Məmmədov: "Hazırda qəza olan platformada hazırlıq işləri gedir"
Energetika
29 Dekabr , 2015 12:08
İtkin düşən və həlak olan neftçilərin ailələrinə bir neçə qurum əlavə olaraq kompensasiya ayırıb

Bakı. 29 dekabr. REPORT.AZ/ İtkin düşən və həlak olanların ailələrinə dövlətin ayırdığı 15 min manat kompensasiya verilib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.

X.Məmmədovun sözlərinə görə, bir neçə qurum da əlavə olaraq kompensasiya ayırıb: "1000 manat Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası ayırıb, 1000 manat Neft-qaz Sənaye İşçiləri Həmkarlar Komitəsi yardım edib. Dünən SOCAR rəhbərliyinin qərarı ilə 5 min manat ayrılıb və bu gün səhərdən onların da verilməsinə başlanıb".

SOCAR rəsmisi deyib ki, qəza olan platformada hazırlıq işləri gedir: "Hazırda quyulara yol açılması prosesi gedir və platformanın üzərində işlər bitəndən sonra quyunun söndürülməsi prosesinə başlanılacaq".

Son xəbərlər

Orphus sistemi