Yuxarı
    Bağlamaq

    İtaliyalı nazir: "TAP layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir"

    TAP kəmərinin seçilməsi təchizatın təhlükəsizliyi, qaz mənbələrinin diversifikasiyasını təmin edəcək

    Bakı. 8 aprel. REPORT.AZ/ İtaliya parlamentinin Deputatlar Palatasında keçirilən dinləmələr zamanı TAP layihəsi müzakirə olunub.  

    "Report" "BrindisiReport" saytına istinadən xəbər verir ki, ölkənin iqtisadi inkişaf naziri Karlo Kalenda layihə ilə bağlı geniş hesabat verib. 

    Nazir TAP-ın İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini və layihənin tikintisinin təsdiqləndiyi formada davam etdirildiyini bildirib.

    O vurğulayıb ki, TAP kəmərinin seçilməsi təchizatın təhlükəsizliyi, qaz mənbələrinin diversifikasiyası, İtaliya və Avropa bazarlarında rəqabət aparan təchizatçıların sayının artması və qiymət trendlərində müsbət effekt yaradacaq: "İtaliya hazırda 45% Rusiya qazından asılıdır. Digər mühüm iri təchizatçılar Əlcəzair və Liviyadır ki, bunlar da hələ də qeyri-sabit regionlardır. Əlcəzair ilə 35 mlrd m3-lik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddəti 2020-ci ildə bitəcəkdir ki, gözlənilən tələbata münasibətdə potensial defisit təqribən 14 mlrd m3 həcmində dəyərləndirilir ki, bunun üçün də TAP mühüm layihədir".

    TAP kəmərinin İtaliyada ətraf mühitə təsir göstərəcəyi barədə söylənilən fikirlərə münasibət bildirən K.Kalenda deyib ki, qaz borusunun tikintisinin ətraf mühitə uyğunluğuna zəmanət verilib: "Riflərə, dəniz bitkilərinə təsir etməmək və turizmin inkişafına ola biləcək təsirlərlə üzləşməmək üçün mikrotunel dəniz döşəməsindən 10 metr dərinlikdən keçəcək. Bir metr diametri olan borunun keçəcəyi mikrotunelin çıxış nöqtəsi sahildən 625 metr irəliyə gedəcək, qaz kəməri quru ilə 8 km. uzanacaq və Melendunyo bələdiyyəsinə qaz qəbul edən terminala çatdırılacaq".

    K.Kalenda əlavə edib ki, kəmərin tikintisi ilə bağlı sənədlər verildikdən sonra, 2016-cı ilin yanvarın 26-da və fevralın 3-də Latsio Regional İnzibati Tribunalı Puliya regionu və Melendunyo bələdiyyələrinin iddialarını rədd edib. Region və bələdiyyə Dövlət Şurasına apellyasiya şikayəti edib və sonuncu da İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilən icazənin qanuniliyi barədə son qərarını elan edib: "Region yenə də 1951-ci il milli qanuna istinad edərək ağacların köçürülməsi üçün əlavə icazələrin alınmasının zəruriliyi barədə bildirib. Bu ilin yanvarın 10-da TAP şirkəti icazələr üçün öz müraciətini edib. Bir neçə əlavə bitki sağlamlığı testləri edildikdən sonra Leççe əyalət kənd təsərrüfatı ofisi regionla məsləhətləşərək icazələri verib. Ətraf Mühit Nazirliyi A44 dekretinə uyğunluğu bir neçə dəfə, sonuncu dəfə isə bu ilin martın 27-də təsdiqləyib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi