İtaliyalı ekspert: "TAP iştirakçı ölkələrin hamısına böyük iqtisadi mənfəət gətirəcək"

İtaliyalı ekspert: "TAP iştirakçı ölkələrin hamısına böyük iqtisadi mənfəət gətirəcək" Bakı. 1 noyabr. REPORT.AZ/ Trans Adriatik Boru Kəməri (TAP) İtaliya iqtisadiyyatı üçün strateji layihə olaraq istər iqtisadiyyatdakı rəqabət, istərsə də milli təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir.
Energetika
1 Noyabr , 2018 16:25
İtaliyalı ekspert: TAP iştirakçı ölkələrin hamısına böyük iqtisadi mənfəət gətirəcək
Tap-ag.com

Bakı. 1 noyabr. REPORT.AZ/ "Trans Adriatik Boru Kəməri (TAP) İtaliya iqtisadiyyatı üçün strateji layihə olaraq istər iqtisadiyyatdakı rəqabət, istərsə də milli təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir".

Bunu “Report”a İtaliyanın xəbər kanalı “Rai News24”ün iqtisadiyyat şöbəsinin redaktoru Alessandro Marçetti bildirib.

Onun fikrincə, TAP ayrı-ayrı tədarükçülər arasında rəqabətin artması hesabına tədarük mənbələrinin şaxələndirilməsinə, şirkətlər və əhali üçün qaz qiymətlərinin azalmasına imkan yaradacaq: “İtaliyadakı qaz istehlakçıları Şimali Avropa ölkələrindəkinə nisbətən, təqribən, 10 faiz artıq pul ödəyir. Bundan əlavə, TAP İtaliyanın qaz sektoru üçün daha çox təhlükəsizlik təmin edə bilər. Belə ki, hazırda İtaliya əsas qaz tədarükçüsü olan (50 faizdən çox) Rusiyadan həddən artıq asılıdır”.

 İtaliyanın xəbər kanalı “Rai News24”ün iqtisadiyyat şöbəsinin redaktoru Alessandro Marçetti

TAP İtaliyanın qaz sektoru üçün daha çox təhlükəsizlik təmin edə bilər.

Alessandro Marçetti

Alessandro Marchetti, Economic Editor at Italy's Rai News 24 news channel

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP-ın son seqmentinin İtaliya olduğunu xatırladaraq A.Marçetti bildirib ki, bu layihə yeddi ölkəni birləşdirir: "2020-ci ildə İtaliyada işlərin yekunlaşması ilə TAP Avropaya 10 mlrd. kubmetr təbii qaz verəcək ki, bu da hər bir iştirakçı ölkənin iqtisadiyyatına böyük xeyir gətirəcək".

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP vasitəsilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərəhələdə ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində Transanadolu Boru Kəmərinə (TANAP) qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

İlk Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi