Yuxarı
    Bağlamaq

    İtaliyada TAP üzrə 105 km kəmər çəkiləcək

    Global Market Insights 280 bazarla bağlı 2017-2024-cü illəri əhatə edən hesabat hazırlayıb

    Bakı. 1 sentyabr. REPORT.AZ/ 2024-cü ilə qədər qlobal qaz boru kəmərlərinin inşası bazarının həcmi genişlənərək 2 trln. ABŞ dollarına çatacaq. “Report” xəbər verir ki, bu barədə “Global Market Insights, Inc.”in açıqladığı hesabatda məlumat verilib.

    Məlumata görə, hər il qlobal qaz bazarı daha da genişlənir. Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən il qaz istehsal edən ölkələr 15,2 trln. kubmetr qaz istehsal ediblər ki, bu da 2015-ci illə müqayisədə 1,7 mlrd. kubmetr (12,59%) çoxdur.

    Hesabata görə, 2024-cü ildə İtaliyanın qaz layihəsi üzrə kəmərlərin uzunluğu 300 min km-lə çatacaq. Bu ölkənin ən böyük şirkətlərindən olan "Saipem"in Trans-Adriatik Boru Kəməri (TAP) qoşulmasını nəzərə alsaq TAP bu siyahıda 105 km-lik hissə ilə yer tutacaq. Bu xətt Albaniya ilə sahil boyunca çəkiləcək.

    Qeyd edək ki, “Global Market Insights, Inc.”-in 280 bazara aid olan bu hesabatı 2017-2024-cü illəri əhatə edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi