Yuxarı

​İtaliya hökuməti TAP-la bağlı sazişi ratifikasiya edib

İtaliyanın baş naziri toplantıda Nabucco layihəsinə rəqib olan TAP-ın əhəmiyyətindən danışıb

Bakı. 28 avqust. REPORT.AZ/ İtaliya Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı İtaliya, Yunanıstan və Albaniya arasında imzalanmış saziş ratifikasiya olunub. "Report" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Məlumata görə, iclasda çıxış edən İtaliyanın baş naziri Matteo Renzi "Nabucco" layihəsinə rəqib olan TAP-ın adıçəkilən ölkələr üçün əhəmiyyətindən danışıb və bu layihənin Avropanı Rusiyanın enerji asılılığından azad olması üçün önəmli olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi