İsveç “Şimal axını-2” kəmərinin inşasını Avropa üçün səhv addım hesab edir

İsveç “Şimal axını-2” kəmərinin inşasını Avropa üçün səhv addım hesab edir Rusiyadan Almaniyaya qədər inşa olunması planlaşdırılan “Şimal axını-2” magistral qaz kəməri layihəsi Avropada enerji mənbələrini diversifikasiya etməyəcək.
Energetika
26 Avqust , 2019 12:02
İsveç “Şimal axını-2” kəmərinin inşasını Avropa üçün səhv addım hesab edir

Rusiyadan Almaniyaya qədər inşa olunması planlaşdırılan “Şimal axını-2” magistral qaz kəməri layihəsi Avropada enerji mənbələrini diversifikasiya etməyəcək.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveçin Moskvadakı səfiri Peter Erikson bildirib:

“Hesab edirik ki, bu layihə Avropa üçün təbii qaz mənbələrinin şaxələndirilməsinə kömək etmir. Bu düzgün addım deyil, çünki Avropa bazarındakı qazın böyük hissəsi Rusiyadan gələcək”.

O, İsveçin tələbatı olmadığından “Şimal axını-2” kəmərindən qaz alınmayacağını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi