Yuxarı

​İsraildə beynəlxalq yanacaq sammiti keçiriləcək

İsrailin əsas məqsədi 2025-ci ilə qədər ölkədə neft istehlakının 60%-ə qədər azaldılmasıdır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Noyabrın 10-11-də Təl-Əvivdə (İsrail) yanacaq növlərinə ("Fuel Choices-2015") həsr edilmiş sammit keçiriləcək. "Report"un İsrail mediasına istinadən verdiyi xəbərə görə, tədbirin əsas təşkilatçısı İsrailin Nazirlər Kabinetidir.

İsrailin baş nazirinin də qatılacağı tədbirə alternativ yanacaq və smart nəqliyyat sahəsində fəaliyyət göstərən biznesmenlər, maliyyəçilər və tədqiqatçılar iştirak edəcəklər.

Qeyd edək ki, İsrailin əsas məqsədi 2025-ci ilə qədər ölkədə neft istehlakının 60%-ə qədər azaldılmasına nail olmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi