​İsrail TANAP-a qoşula bilər

​İsrail TANAP-a qoşula bilər Nazir: "Bu, hər iki ölkənin xeyrinədir"
Energetika
1 İyul , 2016 09:50
​İsrail TANAP-a qoşula bilər

Bakı. 1 iyul. REPORT.AZ/ İsrail hasil etdiyi təbii qazını Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsi ilə Türkiyə üzərindən Avropaya ixrac edə bilər. “Report” xəbər verir ki, bunu Türkiyənin “Hürriyyet” qəzetinə müsahibə verən İsrailin enerji naziri Yuval Steynits deyib.

İsrailli nazir qeyd edib ki, İsrailin çox böyük qaz ehtiyatı var və gələcəkdə bu göstərici 2,5 trln. kubmetrə çata bilər.

TANAP-la bağlı məsələyə aydınlıq gətirən nazir deyib ki, İsrailin bu kəmərə qoşulması hər iki ölkənin xeyrinədir.

***

Y. Steynitsin sözlərinə görə, Türkiyə-İsrail münasibətlərinin normallaşması ilə İsrail qazı Aralıq dənizindən keçən 500-550 km-lik boru xətti ilə Türkiyəyə, buradan da Avropaya ixrac edilə bilər: “Bu gün İsraillin 350 mlrd. kubmetr təbii qaz ehtiyatı var. Lakin ötən il Fransa şirkətlərindən birinin apardığı kəşfiyyat işlərinin nəticəsində məlum olub ki, İsrailin hələ kəşf edilməmiş 2,2 trln. kubmetr qazı var”.

İsrailli nazir deyib ki, çəkilməli olacaq boru kəmərini türk şirkətləri reallaşdıracaq və onun da dəyəri 2 mlrd. dollar civarındadır: “Ən yaxşı proqnozla 2019-cu ildə "Leviafan" yatağından Türkiyəyə qaz vermək mümkündür. Təbii ki, proseslərdən asılı olaraq bu müddət uzana bilər”.

İngilis versiyası ​Israel may join TANAP

Son xəbərlər

Orphus sistemi