İsrail qazı Türkiyədən Avropaya nəql oluna bilər

İsrail qazı Türkiyədən Avropaya nəql oluna bilər Bunun üçün boru kəmərinin inşası məsələsi müzakirə olunub
Energetika
13 Oktyabr , 2016 16:53
İsrail qazı Türkiyədən Avropaya nəql oluna bilər

Bakı.13 oktyabr. REPORT.AZ/ İsraildə hasil olunan təbii qaz Türkiyə vasitəsilə Avropaya nəql oluna bilər.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı oktyabrın 9-13-də İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində İsrailin təbii infrastruktur, enerji və su resursları naziri Yuval Ştaynitslə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak arasında keçirilən görüşdə müzakirələr aparılıb.

“İsraildən Türkiyəyə təbii qaz boru kəmərinin inşası və bu kəmərlə İsrail qazının Avropaya ixracının həyata keçirilə biləcəyi dəyərləndirilib. Türkiyə seçimi çox önəmlidir. Təbii qazın nəqli ilə bağlı iki hökumət arasında xüsusi dialoq kanalı yaratmağa qərar verdik. Beləcə, bu seçimin mümkün olub-olmaması nəzərdən keçiriləcək”, - deyə görüşdən sonra keçirilən mətbuat konfransında İsrail naziri bildirib.

Nazir qeyd edib ki, İsrail indiyədək 900 mlrd. kubmetr təbii qaz ehtiyatı kəşf edib. Onun sözlərinə görə, dənizdə əlavə 2,2 trln. kubmetr ehtiyat olduğu təxmin edilib: ”Beləliklə, bir neçə il ərzində ümumilikdə 3 trln.kubmetr təbii qaz ehtiyatımız olacaq. Bu həcmdə təbii qaz İsrailin öz istehlakından çoxdur və bunu nəzərə alaraq qazın ixracını planlaşdırırıq. Bu təbii qazın da Avropaya Türkiyə vasitəsilə nəqli seçimlər arasındadır. Gələcək aylarda bununla bağlı xüsusi dialoq aparılacaq. Türk şirkətlərini də İsraildə görmək istəyirik”.

Qeyd edək ki, İsrailin energetika nazirinin Türkiyəyə səfəri son illər ərzində İsrail rəsmilərinin ilk səfəridir. Səfərdə o, iki ölkə arasındakı münasibətlərdə normallaşma müddətinin başladığını bildirib.

Son xəbərlər

Orphus sistemi