Bu ilin I rübündə Azərbaycanın magistral neft kəmərlərilə 10 005,4 min ton neft nəql edilib.
“Report”un
Nəqletmənin 81,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8 150,2 min ton neft ötürülüb ki, bu da ötən ilin I rübündən 1,3% azdır. Dövr ərzində BTC kəməri ilə 1 185,2 min ton tranzit nefti də nəql edilib.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.