Yuxarı
    Bağlamaq

    I rübdə BTC ilə 6,5 mln. ton Azərbaycan nefti nəql olunub

    Mart ayında BTC kəməri ilə 17 471 ton Türkmənistan nefti nəql olunub

    Bakı.5 aprel.REPORT.AZ/ Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 079 910 ton Azərbaycan nefti nəql olunub.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında bu kəmərlə 6 481 809 ton neft ötürülüb.

    Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il aprel ayının 1-ə qədər BTC-yə 328 019 871 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin mart ayında BTC kəməri ilə 17 471 ton Türkmənistan nefti nəql olunub.

    Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

    "BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.            

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi