Yuxarı

I rübdə Azərbaycanda avtomobil benzini istehlakı 7,3% artıb

​I rübdə Azərbaycanda avtomobil benzini istehlakı 7,3% artıb

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 340,8 min ton dizel yanacağı, 309,9 min ton avtomobil benzini istehlak edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, dizel yanacağının istehlakı ötən ilin I rübündən 5,5%, avtomobil benzinin istehlakı 7,3% çox olub.

Bu ilin I rübündə 88,7 min ton aviasiya üçün və sair ağ neft, 81 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 37,9 min ton maye qaz, 25,4 min ton neft bitumu, 12,4 min ton sürtkü yağları istehlak edilib.

Aviasiya üçün və sair ağ neft istehlakında 9,1%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakında 52%, maye qaz istehlakında 16,6% artım, neft bitumunun və sürtkü yağlarının istehlakında isə müvafiq olaraq 29,1% 25,3% azalma qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi