Yuxarı

I rübdə AÇG-dən 7 mln. ton neft hasil edilib

​I rübdə AÇG-dən 7 mln. ton neft hasil edilib 3145r

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 571 min barel və ya ümumilikdə təqribən 52 mln. barel, yəni 7 mln. ton neft hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

2018-ci ilin I rübündə blokda hasilat gündə orta hesabla 597 min barel və ya ümumilikdə təqribən 54 mln. barel, yəni 7 mln. ton olub.

Bildirilib ki, bu ilin I rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birincü rübdə “Çıraq” platformasından gündəlik 43 min barel, “Mərkəzi Azəri” platformasından 146 min barel, “Qərbi Azəri” platformasından 128 min barel, “Şərqi Azəri” platformasından 100 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel və “Qərbi Çıraq” platformasından 58 min barel neft hasil edilib.

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.

Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 min barel olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi