İrlandiyada keçirilmiş əməliyyat zamanı minalanmış avtomobil zərərsizləşdirilib, saxlanılanlar var

İrlandiyada keçirilmiş əməliyyat zamanı minalanmış avtomobil zərərsizləşdirilib, saxlanılanlar var Avtomobildə terror aktları və silahlı diversiyalar hazırlamaq üçün müxtəlif silahlar tapılıb
Energetika
3 İyun , 2017 08:03
İrlandiyada keçirilmiş əməliyyat zamanı minalanmış avtomobil zərərsizləşdirilib, saxlanılanlar var
Legalizeclub.org

Bakı. 3 iyun. REPORT.AZ/ İrlandiya polisi Dublinin rayonlarından birində içində partladıcı maddə olan avtomobili müəyyənləşdirib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Məlumata görə, insident polisin Şimali İrlandiyaya birləşmək üçün mübarizə aparan respublikaçı dissidentlərə qarşı əməliyyatının keçirdiyi Bollibox rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları minalanmış avtomobili zərərsizləşdiriblər.

Onun içindəki 2 şəxs isə saxlanılıb. Həmin şəxslər İrlandiya qanunvericiliyə uyğun olaraq 3 sutkalıq həbs ediliblər. Bundan sonra onlara qarşı ittiham irəli sürüləcək.

Polisin məlumatına görə, avtomobildə terror aktları və silahlı diversiyalar hazırlamaq üçün müxtəlif silahlar tapılıb.


Son xəbərlər

Orphus sistemi