Yuxarı

İrlandiya şirkəti Azərbaycanda filial açıb

Şirkət enerji və sənaye sahələrində xidmət göstərir

Bakı. 3 fevral. REPORT.AZ/ Şimali İrlandiyanın "Kentech Global Services B.V." şirkətinin Azərbaycanda filialı açılıb.

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, filial Nizami rayonu Əli Vəliyev küçəsində yerləşir.

Filialın qanuni təmsilçisi Böyük Britaniya və Şimali İrlandiya Krallığının vətəndaşı Siil Metyu Lusyendir.

Qeyd edək ki, "Kentech Global Services B.V." şirkəti enerji və müxtəlif sənaye sahələrində xidmət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi