İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb

İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb Kürd Muxtar Əyaləti xərclərinin 90 faizini neft gəlirinin hesabına ödəyir
Energetika
18 Oktyabr , 2017 17:11
İraqın şimalından ixrac edilən neftin həcmi 3 dəfə azalıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ İraqın şimalındakı Kürd Muxtar Əyalətindən Türkiyənin Ceyhan limanına nəql edilən xam neftin gündəlik həcmi 3 dəfə azalıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, yerli muxtariyyətin hökuməti sentyabrın 25-dək Ceyhan limanına gündə, təxminən, 500-600 min barel neft ixrac edirdi.  

Məlumata görə, hazırda Kərkük-Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi 225 min barelə qədər azalıb. 

İnformasiyaya əsasən, İraqın şimalındakı yerli hökumət xərclərinin 90 faizini neft gəlirinin hesabına ödəyir.

Son xəbərlər

Orphus sistemi