Yuxarı

İraqın Neft Naziri OPEK-in kvotaları artırması ilə bağlı xəbərləri təkzib edib

Vyanada keçirilən iclasın nəticələrinə əsasən kvotalar qeyri müəyyən səviyyədə saxlanılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) gündəlik neft hasilatının həcminin 31,5 mln. barelədək artırması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. "Report"un məlumatına görə, bunu İraqın Neft Naziri Adel Abdel Mahdi bildirib.

Onun sözlərinə görə, bu gün Vyanada keçirilən iclasın nəticələrinə əsasən qəbul edilən qərarda kvotalar "qeyri müəyyən səviyyədə" saxlanılıb.

Adel Abdel Mahdi: "Biz, dəqiq rəqəmi açıqlaya bilmərik. Ancaq kvotaların maksimum həddini də təşkilat olaraq müəyyənləşdirmədik. Beləliklə söhbət gündəlik 30-31 mln. barel neftdən gedir".

Onun sözlərinə görə, gündəlik neft hasilatının həcmi ilə bağlı yekun qərarın olmaması OPEK-ə üzv olmayan dövlətlərin mövqeyi ilə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi