​İraqın neft naziri: "Neft bundan sonra çətin ki, ucuzlaşsın"

​İraqın neft naziri: "Neft bundan sonra çətin ki, ucuzlaşsın" "Qara qızıl"ın qiymətinin enməsinə haqq qazandıracaq iqtisadi şərait mövcud deyil"
Energetika
21 Yanvar , 2015 12:32
​İraqın neft naziri: Neft bundan sonra çətin ki, ucuzlaşsın

Bakı. 21 yanvar. REPORT.AZ/ "Neft minimumadək ucuzlaşıb, bundan sonra onun qiyməti çətin ki, aşağı düşsün".

"Report" " İTAR-TASS"a istinadən xəbər verir ki, bunu İraqın neft naziri Adil Əbdül Mehdi Küveytdə keçirilən energetika konfransında deyib.

"Hazırda neftin qiymətinin davamlı və güclü şəkildə enməsinə haqq qazandıracaq iqtisadi şərait mövcud deyil", - nazir vurğulayıb.