Bakı. 10 dekabr. REPORT.AZ/ "OPEC üzvləri və təşkilata üzv olmayan neft istehsal edən ölkələr arasında neft hasilatının qismən azaldılması üzrə razılaşma demək olar əldə olunub".
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Cabar əl-Luaybi deyib.
Qeyd edək ki, bu gün Vyanada OPEC üzvü olan ölkələrlə təşkilata üzv olmayan neft istehsalçıları arasında neft hasilatının azaldılması üzrə müzakirələrin aparıldığı iclas keçirilir. Razılaşmaya əsasən, təşkilata üzv olmayan ölkələr də hasilatı gündə 600 min barel azaldacaq.
İclasda Azərbaycan da iştirak edir.