İraq xarici şirkətləri yeni neft-qaz bloklarına sərmayə yatırmağa dəvət edəcək

İraq xarici şirkətləri yeni neft-qaz bloklarına sərmayə yatırmağa dəvət edəcək Bloklardan biri İraqın ərazi sularında yerləşir
Energetika
26 Noyabr , 2017 15:58
İraq xarici şirkətləri yeni neft-qaz bloklarına sərmayə yatırmağa dəvət edəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ İraq xarici şirkətləri İran və Küveytlə sərhəd yaxınlığında yerləşən 9 yeni neft-qaz blokunun inkişaf və kəşfiyyatında iştiraka dəvət edəcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi qurum rəhbəri Cabbar əl-Laibiyə istinadən məlumat yayıb.

Nazir bildirib ki, bazar ertəsi sözügedən yataqlarda kəşfiyyat, inkişaf və hasilat işlərinin aparılmasına yardım etmək və sərmayə yatırılması üçün xarici şirkətlərin dəvət olunması məqsədi ilə mətbuat konfransı keçiriləcək.

Bildirilir ki, bloklardan biri İraqın ərazi sularında, qalanları isə ölkənin müxtəlif cənub və şərq əyalətlərində yerləşir.

Son xəbərlər

Orphus sistemi