İraq xarici dövlətlərə və neft şirkətlərinə xəbərdarlıq edib

İraq xarici dövlətlərə və neft şirkətlərinə xəbərdarlıq edib Əli əl-Saad Kürd Muxtar Əyalətinin hökuməti ilə neftə dair razılaşma və müqavilələr imzalamamağa çağırıb
Energetika
19 Oktyabr , 2017 14:28
İraq xarici dövlətlərə və neft şirkətlərinə xəbərdarlıq edib
İraqın neft naziri Cabbar əl-Laibi / AP

Bakı. 19 oktyabr. REPORT.AZ/ “İraqın şimalındakı Kürd Muxtar Əyaləti ilə bağlalan neft müqavilələri və razılaşmalar qanunsuzdur”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Cabbar əl-Laibi bildirib.

Nazir xarici dövlətlərə və şirkətlərə xəbərdarlıq edərək, onları İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti ilə neftə dair razılaşma və müqavilələr imzalamamağa çağırıb.

Son xəbərlər

Orphus sistemi