Yuxarı

İraq Türkiyə vasitəsilə gündə 450 min barel neft ixrac edir

Perspektivdə İraq qazının da Türkiyə ərazisi ilə dünya bazarına çıxarılması planlaşdırılır

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il 1 100 nəfər əcnəbi vətəndaş Türkiyədən deportasiya edilib, 7 minə yaxın şübhəlinin ölkəyə daxil olmasına icazə verilməyib. "Report"un "CNN Turk"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız İraqın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İraqda hasil edilən neft çıxarıldığı bölgədən asılı olmayaraq bu ölkənin xalqına məxsusdur: "Türkiyə Ərbillə Bağdad arasındakı neft anlaşmasını (İraqın şimalını idarə edən kürdlərlə ölkə rəhbərliyi arasındakı anlaşma - red.) sevinclə qarşılayıb".

Nazir Türkiyənin Ceyhan limanına İraqdan hər gün 450 min barel neft nəql olunduğunu vurğulayıb: "Tədarük şəffaf həyata keçirilir və İraq Milli Neft Şirkəti bundan tam xəbərdardır".

T.Yıldız həmçinin İraqın təbii qazının da Türkiyə ərazisi ilə dünya bazarına çıxarılmasının planlaşdırıldığını deyib: "Yeni qaz kəməri ilə bağlı artıq ortaq fikrə gəlmişik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi