İraq neft hasilatının azaldılması anlaşmasından çıxacağını açıqlayıb

İraq neft hasilatının azaldılması anlaşmasından çıxacağını açıqlayıb Brent 53 dollar/bareldən aşağı düşüb
Energetika
20 Aprel , 2017 19:16
İraq neft hasilatının azaldılması anlaşmasından çıxacağını açıqlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ İraq neft hasilatının azaldılması barədə 30 noyabr Vyana anlaşmasından istisna hal olaraq ayrıla biləcəyini bildirib. 

"Report" RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama İraq Milli Alyansının lideri, hakim şiə koalisiyasının rəhbəri Əmmar əl-Hakim tərəfindən verilib.

O bildirib ki, ölkəsinin terrorçu qruplaşmalarla mübarizədə neft gəlirlərinə ehtiyacı var. 

"Bu vəziyyət nəzərə alınmaqla İraq haqlı olaraq OPEC-in onun üçün istisna edəcəyinə inanır" - Əmmar əl-Hakim "Reuters" agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, İraq OPEC-in neft hasilatına görə 2-ci böyük ölkəsidir. O, Vyana anlaşmasına əsasən hasilatı gündəlik 210 min barel azaldacağını öhdəliyinə götürsə də mart ayında 159 min barel azaldaraq öhdəliyinə və ya 76% əməl edib.

Bu xəbərdən sonra "Brent" markalı neftin qiyməti 53 dollar/bareldən aşağı düşüb. 

Son xəbərlər

Orphus sistemi