Yuxarı
    Bağlamaq

    İraq neft hasilatını azaltmağı düşünmür

    Bu ildə İraq neft hasilatını gündəlik 7% artırmağı planlaşdırır

    Bakı. 11 yanvar. REPORT.AZ/ Neft bazarında qiymətlərin sabitləşməsindən uzun zaman keçmədən İraq fevral ayında hasilatı rekord həddə çatdıracağını bildirib. 

    "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, İraq OPEC-in hasilatı azaltması ilə bağlı anlaşmasına əməl etməyərək hasilatı dekabr ayındakı orta günlük 3,51 mln. barel həcmindən fevral ayında 3,641 mln. barelə çatdırmaq istədiyini açıqlayıb. Bu barədə məlumat İraq dövlət neft şirkəti SOMO tərəfindən verilib. Belə olarsa, hasilatda artım gündəlik 130 min barel və ya 3,7% təşkil edəcək.

    Neft treyderləri ilkin mərhələdə anlaşma tərəflərinin şərtlərə tam əməl edəcəklərini və hasilatı artırmayacaqlarını düşünsələr də İraq 2017-ci ildə hasilatı 7% yüksəldəcəyini planlaşdırdığını bildirib. Bu xəbərin açıqlanmasından sonra neft qiymətləri 54 dollar/bareldən aşağı düşüb. 

    Xatırladaq ki, bu gün səhər ABŞ Neft İnstitutu tərəfindən ölkədə neft ehtiyatlarının gözlənilən 900 min bareldən daha çox, yəni 1,5 mln. barel artdığı açıqlanıb.

    "Report"un analitik qrupu neft qiymətlərinin ilkin mərhələdə 50 dollar/barelə qədər geriləyəcəyini proqnozlaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi