İranlı nazir: "Yaxın iki-üç ay ərzində neft hasilatında sanksiyalara qədər olan səviyyəyə çatacağıq"

İranlı nazir: "Yaxın iki-üç ay ərzində neft hasilatında sanksiyalara qədər olan səviyyəyə çatacağıq" Mahmud Vaezi: "Hesab edirəm ki, neft hasilatının 80%-ni həyata keçirmişik"
Energetika
29 İyul , 2016 15:59
İranlı nazir: Yaxın iki-üç ay ərzində neft hasilatında sanksiyalara qədər olan səviyyəyə çatacağıq

Bakı. 29 iyul. REPORT.AZ/ İran neft hasilatında sanksiyalara qədər olan səviyyəyə yaxın iki-üç ay ərzində çatacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi bildirib.

"Hesab edirəm ki, neft hasilatının 80%-ni həyata keçirmişik. Əvvəlki səviyyəyə tam çatmaq üçün iki-üç ay tələb olunur", - deyə nazir qeyd edib.