İranın nüvə müəssisələrində beynəlxalq təftiş aparılması qərara alınıb

İranın nüvə müəssisələrində beynəlxalq təftiş aparılması qərara alınıb Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəçilər Komitəsi (Board of Governors) İran hökumətini Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Əlavə Protokolda təsbit edilmiş öhdəliklərinin yerinə yetirilməsində tam şəkildə əməkdaşlığa və agentliyin tələblərini qeyd-şərtsiz yerinə yetirməyə çağıran qətnamə qəbul edib.
Energetika
19 İyun , 2020 15:01
İranın nüvə müəssisələrində beynəlxalq təftiş aparılması qərara alınıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarəçilər Komitəsi (Board of Governors) İran hökumətini Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Əlavə Protokolda təsbit edilmiş öhdəliklərinin yerinə yetirilməsində tam şəkildə əməkdaşlığa və agentliyin tələblərini qeyd-şərtsiz yerinə yetirməyə çağıran qətnamə qəbul edib.

“Report” xəbər verir ki, Almaniya, Fransa və Böyük Britaniya tərəfindən təqdim edilərək 7 səsə qarşı 25 səslə təsdiqlənən qətnamə əsasında şübhəli bilinən 2 müəssisədə təftiş keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, iyunun 5-də AEBA-nın baş direktoru Rafael Qrossi tərəfindən 35 üzv ölkə arasında yayılmış məsələyə dair məruzəsi ötən gün müzakirə edilərkən İranın Vyanadakı beynəlxalq təşkilatlarında daimi nümayəndəsi Kazım Qərib Abadi komitə üzvlərini həmin sənədin əleyhinə səs verməyə çağırıb. İranlı diplomat bu məsələnin 17 il əvvəlki iddialara söykəndiyini və 2015-ci ildə xitam verildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi