Yuxarı

İranın neft nazirinin müavini: "OPEC çətin ki, neft hasilatının azaldılması haqqında qərar qəbul etsin"

İran embarqonun aradan qaldırılmasından  3-6 ay sonra neft ixracının sanksiyalardan əvvəlki səviyyəyə qayıdacağına ümid edir

Bakı. 18 may. REPORT.AZ/ Neft ixrac edən ölkələr təşkilatı (OPEC) iyun ayında keçiriləcək iclasda  çətin ki, neft hasilatının azaldılması haqqında qərar qəbul etsin. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin müavini Rokneddin Cavadi bildirib.

Nazir müavininin sözlərinə görə, İran embarqonun aradan  qaldırılmasından sonra 3-6 ay ərzində neft ixracının sanksiyalardan əvvəlki həcmə - gündə 2,5 mln barel səviyyəsinə qayıtmağa ümid edir.

Xatırladaq ki, OPEC iyunun 5-də toplantı keçirəcək və neft hasilatının azaldılması ehtimalını müzakirə edəcək. 

Cavadi, həmçinin qeyd edib ki, İran hökuməti "qara qızılın" kəşfiyyat və hasilatı üçün investor cəlb etmək məqsədilə sentyabr ayında Londonda konfrans keçirməyi planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi