İranın neft naziri: "Neftin qiyməti yaxın zamanda qalxacaq"

İranın neft naziri: "Neftin qiyməti yaxın zamanda qalxacaq" Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq.
Energetika
8 noyabr 2018 16:39
İranın neft naziri: Neftin qiyməti yaxın zamanda qalxacaq

Bakı. 8 noyabr. REPORT.AZ/ "ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

Nazir bahalaşmanın dünya bazarında neft təklifinin azalması nəticəsində labüd olacağını diqqətə çatdırıb: “Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik”.

Onun sözlərinə görə, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq neft və benzin qiymətlərini süni olaraq azaldıb: “Əfsuslar olsun ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq”.

Son xəbərlər

Orphus sistemi