İranın neft emalı zavoduna investisiya üçün Rusiya və Çin şirkətləri ilə danışıqlar aparılır

İranın neft emalı zavoduna investisiya üçün Rusiya və Çin şirkətləri ilə danışıqlar aparılır Bakı. 27 avqust. REPORT.AZ/ İranın Təbriz neft emalı zavodunun (NEZ) modernizasiyasına investisiya yatırılması üçün Rusiya və Çin şirkətləri ilə danışıqlar aparılır.
Energetika
27 Avqust , 2018 12:53
İranın neft emalı zavoduna investisiya üçün Rusiya və Çin şirkətləri ilə danışıqlar aparılır
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ İranın Təbriz neft emalı zavodunun (NEZ) modernizasiyasına investisiya yatırılması üçün Rusiya və Çin şirkətləri ilə danışıqlar aparılır.

“Report” xəbər verir ki, bu barədə “İrna” agentliyinə zavodun direktoru Qulamreza Baqeri Dizaj bildirib.

O qeyd edib ki, modenziyasiya üçün tələb olunan vəsaitin həcmi 1,5 mlrd. dollardır:“İnvestisiya zavodun məhsullarının keyfiyətinin yaxşılaşdırılmasına və zavodda istehsal həcminin artırılmasına yönəldiləcək. Təbriz neft emalı zavodunun emal gücü 110 min barel/gün təşkil edir və bu zavod ölkənin neft emalı zavodları arasında dördüncü sıradadır. Zavod tələbatın 7%-ni ödəyir”.

Son xəbərlər

Orphus sistemi