İrana qarşı sanksiyalardan yayınan ölkələrin sayı artır

İrana qarşı sanksiyalardan yayınan ölkələrin sayı artır Bakı. 1 noyabr. REPORT.AZ/ Cənubi Koreya İrana qarşı sanksiyalardan yayınmaq barədə ABŞ-la razılaşmaq ərəfəsindədir.
Energetika
1 Noyabr , 2018 16:48
İrana qarşı sanksiyalardan yayınan ölkələrin sayı artır
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ Cənubi Koreya İrana qarşı sanksiyalardan yayınmaq barədə ABŞ-la razılaşmaq ərəfəsindədir.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Koreya hökumətindəki mənbə məlumat verib.

Məlumata görə, İran neftini idxal edən ölkələrin az qala hamısı güzəşt əldə etmək üçün ABŞ-la danışıqlar aparır. Bu ölkələrlə saziş şərtlərinin dəyişməsi ehtimalı qalır. Məsələn, Hindistandakı mənbələrə görə, bu ölkə də İran neftinin idxalını davam etmək üçün ABŞ-la xüsusi sazişin şərtlərini razılaşdırıb. Belə ki, İran neftinin haqqı sanksiya müddətində toxunulmaz qalacaq xüsusi ekskrou hesaba köçürüləcək.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İranın yanacaq-energetika kompleksinə və İran Mərkəzi Bankının əməliyyatlarına sanksiya tətbiq etməyi planlaşdırır. Daha əvvəl Ağ Ev bütün ölkələrdən İran neftinin idxalından əl çəkməyi tələb edirdi.

Son xəbərlər

Orphus sistemi