İran Yaponiya və Cənubi Koreyaya neft ixracını bərpa edəcək

İran Yaponiya və Cənubi Koreyaya neft ixracını bərpa edəcək Bakı. 21 noyabr. REPORT.AZ/ Dekabr-yanvar aylarında İrandan Yaponiya və Cənubi Koreyaya neft ixraxcı bərpa ediləcək.
Energetika
21 Noyabr , 2018 16:25
İran Yaponiya və Cənubi Koreyaya neft ixracını bərpa edəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Dekabr-yanvar aylarında İrandan Yaponiya və Cənubi Koreyaya neft ixraxcı bərpa ediləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Milli İran Neft Şirkəti (NIOC) məlumat verib.

Şirkətin saytında verilən məlumata görə, Yaponiyanın ən böyük neft emalı şirkəti olan "JXTG Holdings" dekabr ayından neft alışını bərpa etməyi planlaşdırır, "Fuji Oil Co" isə yanvar ayından neft və kondensat almağa başlayacaq. Elə Cənubi Koreya da neftin alışını yanvar ayından etibarən həyata keçirəcək.

Xatırladaq ki, daha əvvəl sanksiyalar şəraitində ABŞ bu ölkələrə və daha altı ölkəyə İran neftinin alması üçün müvəqqəti icazə verib.

Son xəbərlər

Orphus sistemi