Yuxarı
    Bağlamaq

    İran Türkmənistandan qazın qiymətini aşağı salmağı tələb edir

    Tehran əks təqdirdə Aşqabadı məhkəmə ilə hədələyib

    Bakı. 30 may. REPORT.AZ/ Əgər Aşqabad idxal olunan təbii qazın qiymətinin aşağı salınması ilə bağlı Tehranın şərtlərini qəbul etməzsə, Türkmənistana qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırılacaq.

    "Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Rıza Araki deyib.

    Bununla yanaşı? Türkmənistan ötən qış "mavi yanacağı"n tədarükünə dair müqaviləni pozduğuna görə İran "Türkmənqaz" dövlət konsernindən dəbbə puluna ümid edir.

    Həmçinin, İran məmuru qeyd edib ki, bu məsələ ilə bağlı fikir ayrılığına baxmayaraq, Türkmənistandan qazın İran ərazisindən keçərək Azərbaycana tranziti davam edəcək.

    Aşqabad ilə Tehran arasında qaz mübahisəsi 2017-ci ilin yanvarından başlayıb. Tehran öz şərtlərini irəli sürür və daima məhkəmə ilə hədələyir. Eyni zamanda Aşqabad iddia edir ki, İran Türkmənistanın məsələnin nizamlanması ilə bağlı irəli sürdüyü təkliflərə məhəl qoymur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi