Yuxarı

"İran tezliklə OPEK daxilində kvotasını bərpa etməyə hazırdır"

Neft istehsalını artırmaq  üçün müasir texnologilardan və metodlardan istifadə edəcəyik

Bakı. 4 aprel. REPORT.AZ/ İran höküməti üzv olduğu Neft İdxal edən Ölkələr Təşkilatı (OPEK) çərçivəsində öz payına düşən neft istehsalı kvotasını tezliklə bərpa etməyə hazırdır. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə İranın Neft nazirinin müavini Hüseyn Zamani-Niya bildirib.

Beynəlxalq sanksiyaların ləğvi istiqamətində atılan müsbət addımlara diqqət çəkən nazir müavini bildirib ki, neftin istehsal həcminin artırılması məqsədi ilə müasir texnologilardan və metodlardan istifadə ediləcək.

"Biz neft sənayesində yeni layihələrə xarici investorları da cəlb etməyə planlaşdırırıq", - deyən Hüseyn Zamani-Niya, artıq xarici şirkətlərdən ilk təkliflər aldıqlarını vurğulayıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi