İran "Shell"dən 3 milyard dollar alacaq

İran "Shell"dən 3 milyard dollar alacaq Şirkət borcun ödəniləcəyi barədə hələ avqustda xəbər vermişdi
Energetika
28 Dekabr , 2015 11:11
İran Shelldən 3 milyard dollar alacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərə və Hollandiyanın müştərək neft maqnatı olan "Royal Dutch Shell" İrana qarşı tətbiq edilən sanksiyalar aradan qalxan kimi adıçəkilən ölkəyə olan 3 milyard dollar məbləğində borcunu ödəyəcək.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İranın maliyyə nazirinin müavini, investisiya, iqtisadi və texniki yardım təşkilatının prezidenti Məhəmməd Xəzai Britaniya xəzinədarlığının nümayəndələri ilə görüşdən sonra məlumat verib.

Şirkət borcun ödəniləcəyi barədə hələ avqustda xəbər vermişdi. O zaman "Shell" sanksiyalardan əvvəl İrandan tədarük etdiyi neftə görə İranın Milli Neft Şirkətinin 2 milyard dollarlıq borcunu ödəməyə hazır olduğunu açıqlamışdı. Eyni zamanda İngiltərə-Hollandiya ortaq müəssisəsi sanksiyaları aradan qalxmasından sonra İranın enerji sektoruna sərmayə yatırmağa hazır olduğunu da qeyd etmişdi.

Qeyd edək ki, "Shell" daha əvvəl İranın Fars körfəzində yerləşən "Soruş" və "Nouruz" neft yataqlarında, o cümlədən Pars qaz yatağının 15 və 16-cı bloklarında fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi