Səfir: "İran yaxın gələcəkdə TANAP-la təbii qazını ixrac edə bilər"

Səfir: "İran yaxın gələcəkdə TANAP-la təbii qazını ixrac edə bilər" M.Pakayin: "Azərbaycanla İran arasında əlaqələr yüksələn xətlə inkişaf edir"
Energetika
4 May , 2015 16:47
Səfir: İran yaxın gələcəkdə TANAP-la təbii qazını ixrac edə bilər

Bakı. 4 may. REPORT.AZ/ İran İslam Respublikası dünyanın ən iri qaz ehtiyatlarına malik ikinci ölkə kimi TransAnadolu Boru Kəməri (TANAP) layihəsi üçün mənbə ola bilər. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran KİV-inə müsahibəsində deyib.

Təbii qazın nəql edilməsi ilə bağlı İranın Avropadan təklif aldığına işarə edən səfir bildirib ki, bu təkliflər hazırda iranlı mütəxəssislər tərəfindən araşdırılır: "Avropalılar öz qaz təminatçılarının çeşidini artırmağa çalışır. İran da müxtəlif layihələri gerçəkləşdirməklə Avropanın qaza olan tələbatını təmin etməkdə maraqlıdır".

İranlı diplomat İran-Azərbaycan əlaqələrinin perspektivi barədə də danışıb: "Hazırda iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Neft və təbii qaz layihələri istiqamətində əlaqələrimiz əməkdaşlıq etdiyimiz sahələrdən biridir".

O, İranın yaxın gələcəkdə TANAP-a qoşulması ehtimalı haqda bunları deyib: "Bu və başqa layihələr üçün İran yaxşı mənbədir".

Rəsmi Tehran təmsilçisi Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin Qəzvin-Astara hissəsində yekunlaşdırma işlərinin getdiyini, bu ilin sonunadək bu istiqamətdə işlərin başa çatacağını söyləyib: "Rəşt-Astara dəmir yolunun çəkilməsi və tərəflərin iştirakı ilə bağlı Bakı, Tehran və Moskva arasında danışıqlar gedir".

Son xəbərlər

Orphus sistemi