Yuxarı
    Bağlamaq

    İran Rusiyaya sutkada 100 min barel neft satacaq

    İxrac növbəti 15 gün ərzində həyata keçiriləcək

    Bakı. 22 fevral. REPORT.AZ/ İran növbəti 15 gün ərzində Rusiyaya sutkada 100 min barel neft satacaq.

    "Report" xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Bijan Zanqaneyə istinadən "Iranian Students News Agency" məlumat yayıb.

    O bunu Rusiyanın energetika naziri Aleksandr Novakla görüşündən sonra bildirib.

    Nazirin sözlərinə görə, Rusiya ixracın yarısını pul vəsaiti, yarısını isə mal və xidmətlərlə ödəyəcək.

    Zanqane, həmçinin qeyd edib ki, bir sıra Rusiya şirkətləri artıq İran firmaları ilə anlaşma memorandumu imzalayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi