İran Rusiyadan neft əvəzində mal alacaq

İran Rusiyadan neft əvəzində mal alacaq Rusiya il ərzində İrana 45 mlrd. dollarlıq mal verə bilər
Energetika
13 Mart , 2017 17:14
İran Rusiyadan neft əvəzində mal alacaq

Bakı. 13 mart. REPORT.AZ/ İran Rusiyadan gündəlik 100 min barel neftin əvəzində mal almaq istəyir. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın rabitə və kommunikasiyalar naziri Mahmud Vaezi Rusiyanın energetika naziri Aleksaandr Novakla görüşündən əvvəl bildirib. 

Öz növbəsində Rusiyanın İranda ticarət üzrə nümayəndəsi Andrey Luqanskiy açıqlamasında qeyd edib ki, ölkəsi İrana "neftin əvəzində mal" proqramı çərçivəsində ildə 45 mlrd. ABŞ dolları həcmində mal təklif edə bilər. İrana veriləcək malların əsas hissəsi aviasiya sənayesi, təyyarə, aerodromlar üçün təchizat, avtobus və dəmir yolu sahəsinə aid olacaq.

Son xəbərlər