Yuxarı
    Bağlamaq

    İran razılaşarsa Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər

    Brent neftinin hər bareli 50 dollara qədər bahalaşa bilər

    Bakı. 23 sentyabr. REPORT.AZ/ İran ölkəsinin sutkalıq neft hasilatını cari səviyyədə - 3,6 mln. bareldə saxlamağa (dondurmağa) razılıq verərsə, Səudiyyə Ərəbistanı hasilatı azaltmağa razı olacaq. 

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə təklif rəsmi Ər-Riyaddan gəlib. 

    İran hələlik bu təklifə cavab verməyib. 

    Xatırladaq ki, Səudiyyə Ərəbistanının neft hasilatı iyul ayında rekord hədd sayılan 10,67 mln. barel/günə yüksəlib. Avqust ayında isə bu göstərici 10,63 mln.barel/gün təşkil edib. 

    Sentyabrın 26-28-də Əlcəairdə keçiriləcək Beynəlxalq energetika forumu zamanı OPEC-in qeyri-rəsmi sammitinin baş tutacağı, hasilatın dondurulması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Onu da qeyd edək ki, OPEC-in bu ölkədə 2004 və 2008-ci illərdə keçirilmiş iclaslarında tərəflər hasilatı azaltmaq qərarına gələrək neftin qiymətinin artmasına nail olublar. 

    Bu arada Səudiyyə Ərəbistanının təklifi ilə bağlı xəbər yayıldıqdan sonra dünya bazarında "Brent" markalı neftin hər barelinin qiyməti 47 dollardan 48 dollara yüksəlib. 

    "Report"un analitik qrupu qiymətin yaxın günlərdə 50 dollara çatacağını proqnozlaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi