İran OPEC-in növbədənkənar iclasının keçirilməsini dəstəkləyir

İran OPEC-in növbədənkənar iclasının keçirilməsini dəstəkləyir Məlumata görə, OPEC-in növbəti iclasının dekabrın 4-də keçirilməsi nəzərdə tutulur
Energetika
24 Avqust , 2015 13:22
İran OPEC-in növbədənkənar iclasının keçirilməsini dəstəkləyir

Bakı. 24 avqust. REPORT.AZ/ İran Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) təcili iclasının keçirilməsi ilə bağlı təklifləri dəstəkləyir. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bican Namdar Zangene Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondu (Phillip Hammond) Tehranda qəbul edərkən deyib.

Məlumata görə, OPEC-in növbəti iclasının dekabrın 4-də keçirilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, təşkilatın iclası neftin qiymətinin enməsini dayandırmaq baxımından effektiv ola bilər. O əlavə edib ki, İran dünya bazarında payını itirməmək üçün istənilən vasitə ilə neftin hasilatını artırmaq niyyətindədir.

Qeyd edək ki, OPEC-in 27 noyabr 2014-cü il qərarına görə, gündəlik neft istehsalı 30 mln. barel həcmində məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi