İran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir

İran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir Rəsmi Tehran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir.
Energetika
1 İyul , 2019 10:26
İran  OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir

Rəsmi Tehran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijan Namdar Zanqane bildirib.

Onun sözlərinə görə, OPEC+ formatının mənasız olmasına səbəb, OPEC daxilində birliyin olmamasıdır.

O əlavə edib ki, bəzi OPEC üzvü olan ölkələr İrana və digər ölkələrə qarşı düşmənçilik edir.

Zanqane əlavə olaraq vurğulayıb ki, İran kartelə daxil olmayan ölkələrlə də müqaviləni dəstəkləyir: “İran OPEC-i tərk etməyəcək. Ancaq mən əminəm ki, OPEC ölür. Buna səbəb isə alyansda qərarların qəbul edilməsi məsələsi Moskvanın və Ər-Riyadın əlinə keçib”.

Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanının alyansdakı hakimiyyətinin güclənməsi OPEC-də əməkdaşlığa təsir göstərəcək. 

Son xəbərlər

Orphus sistemi