Yuxarı
    Bağlamaq

    İran növbəti iki ilin büdcəsi üçün neftin bir barelini 40 dollardan hesablayıb

    Nazir: Əvvəlcədən pis ssenari fikirləşmək lazım deyil

    Bakı. 29 dekabr. REPORT.AZ/ İran 2016-2017-ci illər üçün dövlət büdcəsini neftin bir barelinin 40 dollara olması şəklində hazırlayır. "Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin neft naziri Bijən Namdar Zəngənə məlumat verib.

    Onun sözlərinə görə, növbəti il üçün xam neftin qiyməti neft bazarındakı dəyişiklikdən asılı olacaq. Zəngənə neftin qiymətinin daha da aşağı düşməsi ehtimalı barədə suala cavabında qeyd edib ki, əvvəlcədən pis ssenari fikirləşmək lazım deyil.

    "Bazar tərəddüdlərə meyilli olsa da, büdcədə neftin qiymətinin nəzərə alınmasından əvvəl lazımi işlər görülüb, təhlillər aparılıb", - deyə B.N.Zəngənə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi